Xəbərlər

Əməkdaşlara verilən dəyər!

Lombardcini kredit təşkilatı növbəti dəfə əməkdaşlarına verdiyi dəyərə görə digərlərindən seçildi!

Hər zaman əməkdaşlarının maddi və mənəvi cəhətdən yanında olan təşkilat, ad günlərində də onları diqqətdən kənar qoymur. Belə ki, təşkilat vəzifəsindən asılı olmayaraq, fəaliyyət göstərdiyi gündən etibarən hər bir əməkdaşının ad günlərində onlara 100 AZN dəyərində mükafat verir.

Aşağıda isə təşkilatda xadimə vəzifəsində çalışan T.Mürvətovanın 09.12.2021-ci il tarixində keçirilmiş ad günündən şəkilləri Sizlərə təqdim edirik.

Siz də təşkilatın komandasına qoşulmaq istəyirsinizsə, CVnizi https://lombardcini.az/cv ünvanına göndərməyiniz kifayətdir.