Xəbərlər

“Qadın və uşaq sığınacağı”-nın sakinləri üçün xeyriyyə aksiyası.

“Güvənli” MMC və “Lombardcini” kredit təşkilatlarının birgə fəaliyyəti ilə yeni il öncəsi Binəqədi rayonunda yerləşən “Qadın və uşaq sığınacağı”-nın sakinləri üçün xeyriyyə aksiyası keçirilib. Xeyriyyə aksiyası çərçivəsində ümumilikdə 45 uşaq ərzaq, geyim, tibbi ləvazimatlar və digər gündəlik tələbat malları ilə təmin edildi. Həmçinin uşaqların üzündə təbəssüm yaratmaq məqsədi ilə animator dəvət edilib və müxtəlif növ oyunlar oynanıldı. Aksiyanın sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, şirkət əməkdaşlarının ziyarət etdiyi uşaqlar və sığınacağın rəhbərliyi diqqət və qayğıya görə müəssisələrə təşəkkür ediblər.

Uşaqlar bizim gələcəyimizdir, onları bir gün deyil, hər gün qoruyaq!