Korporativ yubiley mərasimi
2016 -cı ildə yaradılan təşkilatın 2017-ci il avqust ayının ilk həftəsindən olmaqla bugünə qədər öz yaşını daha maraqlı və səmimi mühitdə keçirməyə çalışır. Hər ad günü tədbirinin təşkili zamanı əvvəlki tədbirlərdən daha böyük ortam seçilir və daha yadda qalan müsabiqələrlə təşkil olunur. Təşkilatımızın ən böyük üstünlüyü işə götürülən zaman şəxsi keyfiyyətləri yüksək kadrların komandamıza dəvət olunmasıdır. İstənilən bilik və bacarığı oxumaq və təcrübə ilə qazanmaq olar. Şəxsi keyfiyyəti isə heç bir elm və təcrübə dəyişdirə bilmir.