Xəbərlər

Korporativ yubiley mərasimi

Korporativ yubiley mərasimi

2016 -cı ildə yaradılan təşkilatın 2017-ci il avqust ayının ilk həftəsindən olmaqla bugünə qədər öz yaşını daha maraqlı və səmimi mühitdə keçirməyə çalışır. Hər ad günü tədbirinin təşkili zamanı əvvəlki tədbirlərdən daha böyük ortam seçilir və daha yadda qalan müsabiqələrlə təşkil olunur. Təşkilatımızın ən böyük üstünlüyü işə götürülən zaman şəxsi keyfiyyətləri yüksək kadrların komandamıza dəvət olunmasıdır. İstənilən bilik və bacarığı oxumaq və təcrübə ilə qazanmaq olar. Şəxsi keyfiyyəti isə heç bir elm və təcrübə dəyişdirə bilmir.
Tədbirlərimizdə iştirak edən təşkilat xarici şəxslərin tədbir və komandamız haqqında dedikləri və düşündükləri bizim ən böyük uğurumuzdur. Müəssisə olaraq insan kapitalı üzrə ən öndə təşkilatlardan olmaq üçün bundan sonrakı iş həyatımızda daha əzmlə çalışacağımıza heçkəsin şübhəsi olmasın.
Yaxşıların içindən seçilmək və ən yaxşı olmaq heç də asan deyil. Hər il biz komandamızda olan yaxşıların ən yaxşı cəhətlərini müəyyənləşdiririk və buna görə öz təşəkkürümüzü plaket və təltifnamələrlə bildiririk. Tədbirdə təltif edilməyən əməkdaş olmur,səbəb onların ən yaxşı xüsusiyyətlərini üzə çıxartmağa şərait yaradırıq.